Goranboyda qadın bıçaqlandı – Keçmiş əri tutuldu

bıçaq_1200

Goranboy rayonunda qadın bıçaqlanıb.

Olkemedia Oxu.Az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.

Zaqatala rayon sakini, 1996-cı il təvəllüdlü Fatimə Ömərova şəhər ərazisində bıçaq xəsarətləri ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya edilib.

Aparılan araşdırmalar zamanı məlum olub ki, o, keçmiş əri, Goranboy rayon sakini, 1987-ci il təvəllüdlü Babakişi Abdullayev tərəfindən bıçaqlanıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən B.Abdullayev saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb.

Goranboy rayonu

Bıçaqlanma hadisəsi