Aİ İrana qarşı yeni sanksiyalar paketini təsdiqlədi – FOTO
Avropa İttifaqı (Aİ) İrana qarşı yeni sanksiyalar paketini təsdiqləyib.
“Azad İran” “Telegram” kanalının xəbərinə görə, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas öz “X” hesabında məlumat verib.
Bildirilib ki, məhdudlaşdırıcı tədbirlər 19 məmur və təşkilatı əhatə edib və Brüssel onların insan haqları ilə bağlı ciddi pozuntulara görə məsuliyyət daşıdıqları qənaətindədir.