BƏƏ-nin ən böyük neft emalı zavodu PUA hücumundan sonra fəaliyyətini dayandırdı – FOTO

j06xuY4pnb5vn4xhpxAFecx5SzFHvKdKijQkLOlt_1200

Əbu-Dabinin Ər-Ruvays bölgəsində yerləşən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ən böyük neft emalı zavodu PUA hücumundan sonra baş verən yanğın səbəbindən fəaliyyətini dayandırıb.

Olkemedia xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, hazırda zavoda dəyən ziyanın miqyası qiymətləndirilir.

Daha əvvəl yanğınsöndürənlərin Ər-Ruvays ərazisində başlayan yanğını söndürməyə başladığı barədə məlumat verilmişdi.