Cənubi Koreya məhkəməsi keçmiş prezidentə 5 il həbs cəzası verdi

but5tkuCwIkBbsyJT9soCEXoFvbayNZ3uxx7wi5T_1200

Cənubi Koreya məhkəməsi ölkənin keçmiş prezidenti Yun Sok Yolu beş il müddətinə azadlıqdan məhrum edib.

Olkemedia xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məhkəmə sabiq ölkə rəhbərini rəsmi sənədləri saxtalaşdırmaqda, hərbi vəziyyət elan etməzdən əvvəl lazımi prosedurlara əməl etməməkdə, həbsə mane olmaqda və başqa cinayət əməllərində təqsirli bilib.

Qeyd edilib ki, keçmiş prezidentin vəkilləri qərardan apelyasiya şikayəti verməyi planlaşdırırlar.

Xatırladaq ki, daha əvvəl prokurorluq Cənubi Koreyanın eks-prezidentinə ölüm hökmü çıxarmağı tövsiyə etmişdi.