İranın yük gəmisi Xəzər dənizində QƏZAYA UĞRADI

nuotgy3MpzyAf2y3TFg00E0x5lexZpFHXx4NkpqM_1200

Türkmənistan Sahil Xidmətləri Xəzər dənizində qəzaya uğrayan İrana məxsus “Rona” yük gəmisindən 14 nəfəri xilas edib.

Bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“14 yanvar 2026-cı il tarixində Xəzər dənizindəki Türkmənistanın Sahil Xidmətləri qəzaya uğrayan İranın “Rona” quru yük gəmisindən S.O.S siqnalı alıb. Beynəlxalq dənizçilik qaydalarına uyğun olaraq, Türkmənistanın fövqəladə hallara cavabdeh olan dövlət qurumları bütün zəruri xilasetmə tədbirlərini görüb. Vaxtında görülən bu tədbirlər nəticəsində gəmidə olan 14 nəfərin hamısı xilas edilib”, – deyə xəbərdə bildirilib.