Prezident isveçrəli həmkarına başsağlığı verdi

k7iAeegUIiHVxiKCAljyNfmsDja32TuUbWLW99nD_1200

Azərbaycan Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Qi Parmölənə başsağlığı məktubu ünvanlayıb.

Olkemedia President.az-a istinadən məktubun mətnini təqdim edir:

“Kran-Montanada baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İsveçrə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm”.

Qeyd edək ki, dağ xizək kurortunda baş verən partlayışda azı 40 nəfər ölüb.