İrandan narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

8zA6bWvmmI0OlJX87BN99y9sCyYwmxyIqKq77gcJ_1200

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitələrin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə DSX məlumat yayıb.

Bildirilib ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 6 kq 848 qram marixuana, 0.006 mq tiryək aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.