Bakıda ikiotaqlı ev yandı, bir nəfər həlak oldu

Anw3hg3hXQeV6yv78975Lm6EVCySggsnCkJwECqG_600

Bakı şəhərinin Xəzər rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Olkemedia-ya verilən məlumata görə, ümumi sahəsi 80 kvadratmetr olan birmərtəbəli, ikiotaqlı evin mətbəxinin yanar konstruksiyaları 10 kvadratmetr, dəhlizin tavanı isə 15 kvadratmetr sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə yerinə cəlb olunan yanğından mühafizə bölmələri alovu söndürüb. Faktla bağlı müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.