Anar Əsədlinin cinayət işi iki il sonra yenidən qaldırıldı

i0XRQ4JvsDfCsz4KxJO6sGzYkMbInLIUnu5O7QAD_1200

Ləğv edilmiş Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işinə xitam verilməsi ilə bağlı qərar ləğv edilib.

Olkemedia “Qafqazinfo”ya istinadən xəbər verir ki, müvafiq qərarı Baş Prokurorluq qərar qəbul edib.

Yeni qərarla iş üzrə istintaq yenilənib. Anar Əsədliyə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda zərər vurmaqla törədildikdə) maddəsi ilə yenidən ittiham verilib, barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Onun vəkili Hikmət Əliyev məlumatı təsdiq edib.

Xatırladaq ki, A.Əsədli 2023-cü ildə ev dustaqlığına buraxılmışdı. Bundan sonra cinayət işinə xitam verilmişdi.

Baş Prokurorluq

Cinayət işi

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi

Dələduzluq cinayəti

Bakı Ağır Cinayətlər Məhkəməsi