Azərbaycan və Türkiyə SAT-SAS üzrə təlimlər keçirəcəklər

p5MftX2aCfXXWwMgkYyk0XGrvo9vQtd6a6OvEWpc_1200

“Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlərdə iştirak edəcəklər”.

Olkemedia Türkiyə Milli Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, bunu Nazirliyin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə deyib.

Onun sözlərinə görə, Azərbaycan-Türkiyə SAT-SAS (sualtı hücum, sualtı müdafiə) ikitərəfli xüsusi təlimləri keçiriləcək: “Təlimlər oktyabrın 13-17-də Azərbaycanda baş tutacaq”.

Bundan başqa, Aktürk bildirib ki, oktyabrın 13-24-də Qarsda Azərbaycan və Gürcüstanın iştirakı ilə “Əbədilik” (Eternity) təlimləri baş tutacaq.

Türkiyə

Hərbi təlimlər