Prezident: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir”

SGVGAysIUAexqsyOlZlS4ZXwSmadFkEClR59V3xy_1200


“Dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaradan “ASAN xidmət” bu gün yalnız qabaqcıl milli idarəçilik təcrübəsi deyil, həm də beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir”.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı” beynəlxalq tədbirinin iştirakçılarına müraciətində bildirilib.

“Bu təcrübəmizin 50-dən çox ölkə ilə paylaşılması və artıq müxtəlif ölkələrdə uğurlu tətbiqi “ASAN xidmət”in dövlət xidmətlərinin təşkilində səmərəli institusional model olduğunu sübut edir”, – deyə müraciətdə qeyd olunur.