Bakıda BMT-nin İdarəetmə İnnovasiyaları Sammiti öz işinə başlayıb

YQPBDQU7DrJ1UllfUEKMbDvKQBz4zpvLamlO9Yw5_1200


Bakıda “Birləşmiş Millətlər Təşkilatının İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı tədbir başlayıb.

Olkemedia.az xəbər verir ki, 2024-cü ilin noyabr ayında Azərbaycan Respublikası Hökuməti ilə BMT arasında imzalanmış Töhfə Sazişi çərçivəsində reallaşan sammit Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin birgə təşkilatçılığı ilə baş tutur.

Sammitdə BMT-yə üzv ölkələrin nazirləri və yüksəksəviyyəli rəsmiləri, beynəlxalq və regional təşkilatların rəhbər vəzifəli şəxsləri, inkişaf tərəfdaşları, eləcə də özəl sektorun və akademik dairələrin təmsilçiləri olmaqla 200-ə yaxın qonaq iştirak edir.