Kəlbəcərdə otlaq sahədə mina partladı

iKEkYvTthkfQBWHPVxuKjoJeuzckH2CcYzanc052_1200

Kəlbəcər rayonunda mina hadisəsi baş verib.

Olkemedia.az -ın məlumatına görə, hadisə otlaq sahədə baş verib.

Ərazidə ard-arda iki mina partlayışının olduğu bildirilir. Hadisə nəticəsində bir neçə heyvan tələf olub, sakinlərdən xəsarət alan yoxdur.

Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) Oxu.Az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyiblər.