ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?

b9ucEQNP30k3iDCTum25KNz5t2sE5ONOH1K4oF31_1200

Amerika Birləşmiş Ştatları Yaxın Şərqdəki vəziyyətin daha da kəskinləşməməsi üçün diplomatik danışıqlar həyata keçirir, lakin zərurət olduqda iyulun 10-na keçən gecə İrana yeni silsilə zərbələr endirmək ehtimalını saxlayır.

Olkemedia.az  xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ ordusu növbəti hücumları həyata keçirməyə tam hazır vəziyyətdədir, lakin Vaşinqton hazırda diplomatik vasitələrə daha çox əhəmiyyət verir. Qeyd olunub ki, proseslər sürətlə inkişaf edir və əlavə hava zərbələrinin endirilməsi ehtimalı tam rədd edilmir.

Bundan əvvəl “Reuters” agentliyi ABŞ hökumətindəki rəsmilərdən birinə istinad edərək, Vaşinqton və Tehran təmsilçiləri arasında texniki xarakterli məsləhətləşmələrin hələ də aparıldığını xəbər verib.