İtaliya və Fransa Livana dəstək koalisiyası barədə razılığa gəliblər

PxqrHt48shDPbly82i2c1Rr0xDRxNXTR2h4NUWtX_1200

“İtaliya və Fransa BMT-nin Müvəqqəti Qüvvələrinin (UNIFIL) mandat müddəti başa çatdıqdan sonra Livanı dəstəkləmək üçün koalisiyanın yaradılması barədə razılığa gəliblər”.

Olkemedia.az  TASS-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Corcia Meloni bildirib.

“BMT missiyası ilin sonunda başa çatır və biz Livanı dəstəkləmək üçün koalisiya yaratmaq və post-UNIFIL planı hazırlamaq qərarına gəldik”, – deyə Meloni Fransanın Antib şəhərində keçirilən ikitərəfli hökumətlərarası sammitin yekunlarına dair mətbuat konfransında bildirib. Qeyd edək ki, sammitdə Fransa Prezidenti Emmanuel Makron da iştirak edib.

O əlavə edib ki, yaxın vaxtlarda Livana həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.

Livandakı sülhməramlı missiya 1978-ci ildə İsrailin bu ölkəyə müdaxiləsindən sonra BMT Təhlükəsizlik Şurasının qətnaməsinə uyğun olaraq yaradılıb. Onun mandatı hər altı aydan bir uzadılır. UNIFIL-in tərkibinə 47 ölkədən təxminən 8.2 min nəfər daxildir.