Azərbaycanda İLK: Dünya çempionatı oyunlarını qadınlar şərh edəcəklər

L5Fc4G2TQ7395m57qd6MQQmhZGZho0goQ6KlZeVe_1200

Azərbaycan teleməkanında ilk dəfə olaraq dünya çempionatı oyunlarının şərhinə qadın əməkdaşlar da cəlb olunublar.

Olkemedia.az  xəbər verir ki, bu barədə “CBC Sport” məlumat yayıb.

Qeyd olunub ki, Səmra Əliyeva və Aida Əliyeva turnirin müxtəlif qarşılaşmalarında şərhçi kimi debüt edəcəklər.

Məlumata görə, Səmra Əliyeva 26 iyun, saat 00:00-da başlayacaq Kürasao – Kot-d’İvuar, Aida Əliyeva isə 28 iyun, saat 01:00-da keçiriləcək Panama – İngiltərə matçını şərh edəcəklər.

Qeyd edək ki, hər iki oyunda onlara müvafiq olaraq Süleyman Vəliyev və Ramiz Mirzəzadə də şərhçi qismində qoşulacaqlar.