Yevlaxda 26 yaşlı kişi kanalda batdı

YWeA6mj4DggEHzf1oBe8eEjraBc6Frkv3i4TVCdy_1200

Yevlax rayonunda 26 yaşlı kişi kanalda boğulub.

Olkemedia.az -ın məlumatına görə, hadisə bu gün rayonun Malbinəsi kəndi ərazisində baş verib.

Rayonun Qoyunbinəsi kənd sakini, 2000-ci il təvəllüdlü Mahir Oruc oğlu Nadirov Yuxarı Qarabağ su kanalında çimərkən batıb.

Hadisə yerinə xilasetmə qüvvələri cəlb edilib, hazırda axtarışlar davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.