Cəlilabadda montyoru cərəyan vuraraq öldürdü

UHvsYF0B6kgOI5pk6hIkl76KxemFtvwzOm10KfC0_1200

Cəlilabad rayonunda elektrik montyorunu cərəyan vuraraq öldürüb.

Olkemedia.az  xəbər verir ki, hadisə rayonun Mirzəli kəndi ərazisində baş verib.

Rayonun Qarakazımlı kənd sakini, 1982-ci il təvəllüdlü hava-xətt montyoru Fariz Məmmədov kənd ərazisindəki elektrik dirəyində təmir-bərpa işləri apararkən elektrik cərəyanı vurub.

Hadisə nəticəsində elektrik dirəyindən yıxılan F.Məmmədov orada ölüb.

Faktla bağlı araşdırma aparılır.