İran ordusu “Ocean Koi” tankerini ələ keçirdi

lGfyrERAAKOnn8rF0UAjhlz6RHkKkSv7ww7CLHTj_1200

İranın Hərbi Dəniz Qüvvələri Barbados bayrağı altında hərəkət edən “Ocean Koi” adlı tankeri qanunsuz neft ixracına cəhd iddiası ilə ələ keçirib.

Olkemedia.az xəbər verir ki, hadisə barədə IRNA xəbər agentliyi məlumat yayıb.

Qeyd edilib ki, müsadirə edildikdən sonra neft tankeri İslam Respublikasının cənub sahilinə doğru istiqamətləndirilib.

“Press TV” kanalı sözügedən laynerin Oman körfəzi sularında saxlanıldığını açıqlayıb.