İspaniya tarixində ən böyük narkotik əməliyyatı: 40 ton kokain ələ keçirildi

hoE82X5N0lcAjhQkOu3u4U9ZVs7jgE4NU8FC3TwR_1200

İspaniyanın hüquq-mühafizə orqanları Atlantik okeanında həcmi 40 tona çatan rekord miqdarda kokain partiyasını müsadirə ediblər.

Olkemedia.az xəbər verir ki, bu barədə “CBS News” İspaniyanın Mülki Qvardiyasının Birləşmiş Assosiasiyasındakı mənbələrə istinadən məlumat yayıb. Bu göstərici ölkə tarixində ələ keçirilən ən böyük narkotik partiyası biri hesab olunur.

Qeyd olunub ki, Kanar adaları yaxınlığındakı beynəlxalq sularda dayandırılan və narkotik vasitələrlə dolu olan gəmi Syerra-Leonenin paytaxtı Fritaun şəhərindən Liviyanın Benqazi limanına doğru hərəkət edib. Yükü müşayiət edən 20-yə yaxın şəxs saxlanılıb. Bu əməliyyatın beynəlxalq şəbəkələr vasitəsilə koordinasiya edildiyi versiyası araşdırılır.

İspaniya polisinin dənizdə əvvəlki kokain müsadirəsi rekordu cari ilin yanvar ayında qeydə alınmışdı, həmin vaxt 10 tonluq yük ələ keçirilmişdi.

İspaniya tarixində ən böyük narkotik əməliyyatı: 40 ton kokain ələ keçirildi - FOTO