Azərbaycanın silah strategiyası: Ukrayna və Çexiya ilə razılaşmalar nə vəd edir?

48YtOMGKbXBSkk8C5v5S8sAm1nfPXfwZCJvgIWil_1200

Azərbaycanın müdafiə sahəsində xarici tərəfdaşlarla əməkdaşlığını genişləndirməsi bəzi analitik dairələrdə mahiyyətinə müəyyən çalarlar vermək cəhdləri ilə müşayiət olunur.

Söhbət Volodimir Zelenskinin və Andrey Babişin Azərbaycana səfərlərinə, həmçinin bu səfərlər çərçivəsində xüsusilə hərbi-texniki sahə üzrə imzalanmış sənədlərə və əldə olunmuş razılaşmalara münasibətdə emosional, analitik baxımdan şişirdilmiş və kontekstdən çıxarılmış yanaşmalardan gedir.

Bu cür proseslər postsovet məkanının “səssiz şəkildə yenidən silahlandırılması” kimi təqdim olunur və silah bazarlarında bir təchizatçının digəri ilə əvəz olunması iddiaları irəli sürülür.

Bu yanaşmalar fonunda sual yaranır. Bəs əslində nə baş verir?

Baku TV-nin “Hərbi xronika” rubrikasının yeni buraxılışında bu və digər suallara aydınlıq gətirilib.