Tehran BƏƏ-dəki neft obyektlərindəki yanğına görə ABŞ-ni günahlandırdı

parrkNRdmvVTfVA1rn3dyOlmiCz78TVwMqNbPRb7_1200

Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) neft zonasında törədilən yanğının arxasında ABŞ dayanır.

Olkemedia.az xəbər verir ki, bu barədə İranın IRIB dövlət teleradio şirkəti Tehrandakı mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, İranın heç bir halda neft obyektlərinə hücum etmək planı olmayıb.

“Baş verən hadisə Hörmüz boğazından gəmilərin keçidini təmin etmək üçün dəhliz yaratmağa çalışan ABŞ hərbçilərinin avantürizminin nəticəsidir. Məhz ABŞ hərbçiləri bu hadisəyə görə məsuliyyət daşımalıdırlar”, – deyə mənbə bildirib.

Xatırladaq ki, bir qədər əvvəl BƏƏ-nin Əl-Füceyrə əmirliyindəki neft-sənaye kompleksinin ərazisində pilotsuz uçuş aparatının (PUA) zərbəsi səbəbindən yanğın baş verdiyi bildirilmişdi. Rəsmi qurumların məlumatına görə, sözügedən PUA İran ərazisindən buraxılıb. Xilasetmə xidmətləri artıq alovun məhdudlaşdırılması və söndürülməsi istiqamətində işlərə başlayıb.