Pezeşkian ABŞ ilə razılaşmanın mümkün olduğunu düşünür

YdCdciFM6M33xiYGsBWZhDjrNV8awBhRpS3Qsfpa_1200

İran Prezidenti Məsud Pezeşkian ABŞ hakimiyyəti ilə razılaşmanın mümkün olduğunu bəyan edib.

Olkemedia.az xəbər verir ki, bu barədə o, öz sosial şəbəkə hesabında yazıb.

“ABŞ hökuməti öz hegemonluq iddialarından əl çəkib İran xalqının hüquqlarına hörmət etməyə başlasa, şübhəsiz ki, razılaşmaya nail olmaq yolları tapılacaq”, – Pezeşkian bildirib.

O həmçinin ABŞ ilə danışıqlarda iştirak edən İran nümayəndə heyətinə uğurlar arzulayıb.

“Danışıqlar heyətinin üzvlərinə, xüsusilə də əziz qardaşım doktor Qalibafa “Allah sizinlə olsun” deyirəm”, – İran prezidenti qeyd edib.