İsrail ABŞ-nin təzyiqi ilə Livanla danışıqlara başlayır

i6Gij7hx7yX7GoWNHMocm6deYVX22CsXXI7aCM1e_1200

ABŞ-nin təzyiqləri nəticəsində İsrail hökuməti gələn həftə Vaşinqtonda Livanla danışıqlar aparmağa razılıq verib.

Olkemedia.az  xəbər verir ki, bu məlumatı özünün mənbələrinə istinadən İsrailin “Kan” dövlət teleradio şirkəti yayıb. Xəbərə əsasən, müzakirələrin əsas mövzusu atəşkəsin əldə edilməsi və “Hizbullah”ın silahlı qruplaşmalarının ləğvi olacaq. Eyni zamanda, yəhudi dövlətinin ərazisinə hücumlar dayandırılmayacağı təqdirdə, İsrail hərəkatın mövqelərinə cavab zərbələri endirmək hüququnu özündə saxlayır.

Qeyd edək ki, bir müddət əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu ən qısa zamanda Livanla birbaşa danışıqlara başlamaq barədə göstəriş verdiyini açıqlayıb.

“Axios” portalı bildirib ki, görüş gələn həftə Vaşinqton şəhərində baş tutmalıdır. Hər iki tərəf toplantıda ABŞ-dəki səfirləri səviyyəsində təmsil olunacaq.