Ağdaşda avtomobil idarəetmədən çıxaraq aşıb
Ağdaş rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Olkemedia.az xəbər verir ki, hadisə Ağdaş rayonunun Yuxarı Nemətabad kəndi ərazisində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü, 31 yaşlı Elvin Məmmədov xəsarət alıb, sərnişin, 37 yaşlı Anar Məmmədov isə aldığı xəsarətlərdən ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.