Polşa hərbçilərini İraqdan çıxarıb

bVJGYnq9xp7vkuruOZyj658K9UdjHT6CioXIfWEt_1200

Polşa Yaxın Şərqdə vəziyyətin pisləşməsi ilə əlaqədar hərbi kontingentini İraqdan çıxarmaq qərarına gəlib.

Olkemedia.az bildirir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış sosial şəbəkə hesabında məlumat verib.

Nazir vurğulayıb ki, Varşava NATO ilə koordinasiyada hərəkət edib. O həmçinin qeyd edib ki, regionda ümumi sayı 350 nəfərə qədər olan bütün Polşa hərbçiləri İraqı tərk edib, onların böyük bir hissəsi artıq Polşaya qayıdıb, qalanları isə İordaniyadadır.