İsrail qırıcılarının Beyruta hücumu nəticəsində 11 nəfər həlak olub

IJq8e1uhkRlHzVgv1tRSxjyl2Af6UAO3PX73xnP1_1200

İsrail qırıcı təyyarələrinin Livanın paytaxtı Beyrutun mərkəzinə hücumu nəticəsində xeyli ölən və yaralanan var.

Olkemedia  xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Beyrutun Zuqaq əl-Blat və Bosta kimi sıx məhəllələrinə hava zərbələri zamanı azı 11 mülki şəxs həlak olub, 9 nəfər yaralanıb. Xilasetmə qrupları hadisə yerində işləyir. İtki və yaralıların sayının artacağı istisna edilmir.