Ermənistanda parlament seçkisi: Rusiya hansı üsullara əl atacaq?
Ermənistanda siyasi partiya və bloklar iyunun 7-nə təyin olunan parlament seçkisinə hazırlaşırlar. Keçmiş prezident Robert Koçaryan “Ermənistan” blokundan baş nazirliyə namizəd elan olunub. Namizədin adı martın 16-da keçirilən mərasimdə açıqlanıb. Bildirilir ki, Koçaryanın siyasi düşərgəsi yeni ittifaq yaratmağa hazırlaşır. Bəs bu ittifaqda hansı siyasi qüvvələrin iştirakı nəzərdə tutulub?