Bakı bulvarı bahara bu dəfə tamam fərqli hazırlaşıb
“Novruz bayramı münasibətilə Dənizkənarı bulvarda ziyarətçilər üçün xüsusi bayram guşəsi hazırlanıb. Bu il bayram məkanının tərtibatında daha fərqli və dinamik üsluba üstünlük verilib, baharın gəlişini və Novruzun ruhunu əks etdirən dekorativ elementlərdən geniş istifadə olunub”.
Olkemedia.Az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dəniz Kənarı Bulvar İdarəsinin mətbuat katibi Əfsanə Mehdiyeva deyib.