Bakının mərkəzində su xəttində baş vermiş qəza aradan qaldırılır
Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində su xəttində baş vermiş qəzanın aradan qaldırılması işlərinə başlanılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.
Qeyd olunub ki, istismar müddətini bitirmiş xətlər mərhələli şəkildə yeniləri ilə əvəzlənir.
Məhərrəm Əliyev