Qərargah vuruldu
Martın 13-də İran ordusu İsrailin “Beer-Şeva” bölgəsindəki Müdafiə Qüvvələrinin qərargahına pilotsuz təyyarələrlə zərbələr endirib.
Olkemedianin məlumatına görə, İran ordusunun mətbuat xidməti açıqlama yayıb.
“Bu səhər İran İslam Respublikası ölkənin müxtəlif yerlərindən İsrail Müdafiə Qüvvələrinin qərargahına pilotsuz təyyarələrlə zərbələr endirib”, – deyə İran dövlət televiziyası mətbuat xidmətinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, İsrailin digər hərbi hədəflərinə zərbələr yaxın saatlarda da davam edəcək.