Mingəçevirdə zəncirvari qəza
Mingəçevir şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Olkemedia.az xəbər verir ki, hadisə bu gün günün ikinci yarısında qeydə alınıb.
Qəza zamanı “Toyota”, VAZ-2107 və VAZ-21015 markalı avtomobillər toqquşub. Nəticədə VAZ-2107 markalı avtomobilin sürücüsü Əkbər Rzayev və VAZ-21015 markalı avtomobilin sürücüsü Elşad Qəhrəmanov xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.