Azərbaycanda polkovnik-leytenant və mayor məhkəmə zalında həbs edildilər
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Kəngərli Rayon Şöbəsinin sabiq rəisi, polkovnik-leytenant Məftun Xəlilov və mayor Habil Niftəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Olkemedia.az APA-ya istinadla xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində hakim Səxavət Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.