İran tankeri ABŞ-nin blokadasını yardı

lAirp7p2RzTGF16aYQsaY7AHstS8X7a85qBdz5a2_1200

İranın neft tankeri ABŞ-nin Hömüz boğazında tətbiq etdiyi blokadanı yarıb.

Olkemedia.az  bu barədə “Tasnim” agentliyinə istinadən xəbər verir.

“Bir qədər əvvəl İran donanmasına məxsus neft tankeri ABŞ-nin qoyduğu blokadaya məhəl qoymayaraq Oman körfəzinə daxil olub”, – deyə agentliyin “Telegram” kanalındakı məlumatda bildirilir.

Qeyd edək ki, daha əvvəl ABŞ dəniz blokadasını bərpa etmişdi. “Reuters” agentliyi İranın husilərə Bab əl-Məndəb boğazını bağlamaq xahişi ilə müraciət etdiyini xəbər vermişdi.