Modriç “Milan”la bağlı qərarını verdi

0Gbnjy3Y91vAlQcvLerlLJh7lIfeqjxQzuiMAS2a_1200

Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç “Milan” futbol klubu ilə yeni müqavilənin şərtlərini razılaşdırıb.

Olkemedia.az  bildirir ki, bu barədə jurnalist Fabritsio Romano “X” sosial şəbəkə hesabında məlumat verib.

Futbolçu İtaliya klubu ilə qısamüddətli müqavilə imzalayacaq. 40 yaşlı yarımmüdafiəçinin “Milan”la əvvəlki müqaviləsi bu yay başa çatıb.

Qeyd edək ki, Modriç “Milan”a 2025-ci ilin yayında keçib. Bu müddət ərzində o, bütün turnirlərdə 37 oyunda iştirak edib, iki qol və üç məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” portalında təqdim olunan məlumata əsasən, futbolçunun bazar dəyəri 3.5 milyon avro təşkil edir.