Portuqaliyalı hücumçudan “Qarabağ”a gözlənilməz cavab

k4kGnC4MqQqvW20tTCEWLhN2kZozXF90Gy6cYU5k_1200

Qazaxıstanın “Kayrat” klubunda çıxış edən portuqaliyalı hücumçu Jorjinyo Azərbaycan klublarının maraq dairəsindədi.

Olkemedia.az  İdmanxeber.az-a istinadla xəbər verir ki, 28 yaşlı futbolçu ilə “Qarabağ”, “Turan Tovuz”, Yunanıstanın OFİ və Kiprin “Pafos” klubları maraqlanır. Komandaların futbolçu üçün danışıqlar apardığı bildirilir.

Ancaq oyunçunun Azərbaycanda oynama ehtimalı azdır. Çünki o, karyerasını ölkəmizdə davam etdirmək istəmir.

Jorjinyo ötən mövsüm “Kayrat”ın heyətində bütün turnirlərdə 34 oyuna çıxaraq 11 qol vurub, 6 assist edib.