Dünya bazarında neft KƏSKİN BAHALAŞDI

CyTfHx6h8fFxzEOI1XqGvlMOOfLQsToqCkNxOxek_1200

Londonun ICE birjasında “Brent” markalı neftin füçerslərinin qiyməti iyunun 23-dən bəri ilk dəfə bir barel üçün 78 dolları keçib.

Olkemedia.az  xəbər verir ki, bu barədə məlumatlar hərrac göstəricilərində öz əksini tapıb.

Bakı vaxtı ilə saat 12:17-yə olan məlumata əsasən, “Brent” markalı neftinin qiyməti 4.42% artaraq bir barel üçün 77.44 dollara çatıb. Saat 12:21-də isə artım dinamikası daha da sürətlənib və “Brent”in bir bareli 77.68 dollara (+4.75%) satılıb. Saat 12:25-ə olan vəziyyətə görə, “Brent” iyunun 23-dən bəri ilk dəfə 78 dollar səddini keçərək bir barel üçün 78.16 dollar səviyyəsində (+5.39%) qərarlaşıb.

WTI markalı xam neftin füçerslərinin qiyməti isə 5.42% artaraq bir barel üçün 74.26 dollara yüksəlib.