Almaniyada gimnaziyaya hücum: Yaralılar var

UTA4FFkAUSkrS8oLMByCsFn3K89s01O0QR6Ct9vI_1200

519A-A+

Almaniyanın cənubunda (Bavariya əyalətində) Şonqau şəhərində fəaliyyət göstərən təhsil müəssisələrindən birinə naməlum şəxs tərəfindən hücum edilib.

Olkemedia.az  bildirir ki, bu insidentlə bağlı məlumatı Almaniyanın “Bild” nəşri yayıb.

Bildirilir ki, hadisə zamanı bir neçə şəxs bədən xəsarətləri alıb, şübhəli bilinən şəxs isə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Hazırda hadisənin bütün təfərrüatları tam aydınlaşdırılmayıb. Qəzetin yazdığına əsasən, hücum nəticəsində dörd nəfər ağır dərəcəli xəsarətlər alıb.