Gəncədə sükan arxasında infarkt keçirən sürücü ölüb

YxJdhJA5ErjpCe3sVvcAhbV6Y5QdYwHRotF4agcJ_1200

Gəncədə sürücü sükan arxasında dünyasını dəyişib.

Olkemediaaz  “Report”a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

KIA markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi maneəyə çırpılıb. Məlum olub ki, təxminən 45-50 yaşlı sürücü sükan arxasında ürək çatışmazlığından vəfat edib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma başlanılıb.

Gəncədə sükan arxasında infarkt keçirən sürücü ölüb