İran ABŞ-nin zərbələrinə qarşı anons yaydı: “Qətiyyətli cavab veriləcək”
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin zərbələrinə qətiyyətli cavab verəcəyini bəyan edib.
Olkemedia.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.
SEPAH-ın yaydığı açıqlamada bildirilib ki, İran hərbçiləri Sirik şəhəri yaxınlığında hücumun qarşısını alıblar. Həmçinin Tehranın ABŞ-nin zərbələrinə tezliklə cavab verəcəyi barədə xəbərdarlıq edilib.