İtaliyada kütləvi etirazlara hazırlıq görülür: Şəhərlərə hərbçilər göndərilib

6Ku3AYoUR6DVu4VQO3B9PChR4bUO5uI1scAg1f9V_1200


İtaliya hakimiyyəti kütləvi etirazların və iğtişaşların yenidən baş verməsi ehtimalı ilə əlaqədar ölkənin səkkiz böyük şəhərində təhlükəsizlik tədbirlərini gücləndirib.

Olkemedia.az “Bild”ə istinadən xəbər verir ki, hərbçilər şəhərlərin əsas meydanlarında təhlükəsizliyin təmin olunmasına cəlb ediliblər.

Milanda polisə dəstək məqsədilə təxminən 500 hərbçinin cəlb edilməsi planlaşdırılır. Roma, Turin və Florensiyada da təhlükəsizlik tədbirləri gücləndirilib. Ümumilikdə, ölkənin səkkiz şəhərində bəzi ərazilər nəzarətə götürülüb.

Milandakı bəzi sahibkarlar yeni dağıntıların baş verə biləcəyindən ehtiyat edərək mağazalarını bağlamaq qərarına gəliblər. Bu addım şəhərin meri Cüzeppe Salanın ticarət obyektlərini bağlamamaq çağırışına baxmayaraq atılır.

Məlumata görə, Milan, Roma, Turin, Neapol və İtaliyanın digər şəhərlərində etiraz aksiyalarının keçirilməsi planlaşdırılır.

İtaliya polisi Milan, Monza və daha 20-yə yaxın şəhərdə 150-dən çox axtarış aparıb. İstintaq tədbirləri ötən həftəsonu baş vermiş iğtişaşlarla bağlı araşdırma çərçivəsində həyata keçirilib.