Mingəçevirdə yaşayış binasında yanğın olub

H34xWkgtVbzDiilpumf6FyXi0SeCQX0RBGvBfPNx_1200

Mingəçevir şəhərində yanğın olub.

Oxu.Az-ın məlumatına görə, hadisə şəhərin 20 yanvar küçəsindəki yaşayış binasında baş verib. Binanın 4-cü mərtəbəsindəki mənzillərdən biri alovlanıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib, yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.