Göygöldə mikroavtobus aşdı: Xəsarət alanlar var
Göygöl rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlar evə buraxılıblar.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyunun 20-də saat 05:50-də yol-nəqliyyat hadisəsi ilə əlaqədar 3 nəfər (2 kişi, 1 qadın) Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator ambulator müalicə üçün evə buraxılıblar.