Moskvadakı ticarət mərkəzinə PUA hücumu zamanı iki Azərbaycan vətəndaşı yaralanıb
Moskvadakı “Sadovod” ticarət mərkəzinə PUA hücumu zamanı iki Azərbaycan vətəndaşı yaralanıb.
Olkemedia.az APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında bazara düşən dron parçaları Şəki rayon sakinləri – İslam Süleymanov və Elnur Nəbiyevin xəsarət almasına səbəb olub.
Yaralılar dərhal Moskvadakı 36 saylı xəstəxanaya yerləşdiriliblər. Hazırda onlardan birinin vəziyyətinin stabilləşdiyi və evə buraxıldığı bildirilib.