Füzulidə 67 yaşlı kişi faciəli şəkildə öldü

PkfleA1p8atcsVyrBIDItC3h8NFnjcBL0ujb98sg_1200

Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə iyunun 13-də gecə saatlarında rayonun Fin qəsəbəsində qeydə alınıb.

Rayon sakini Asif Balabəyov “Mercedes” markalı avtomobillə yolu keçmək istəyən 1959-cu il təvəllüdlü Şahmurad Quluyevi vurub.

Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.