Əli Əsədov Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib

ER4fwpT5uST8kU41wmikKFbf3IhGBjJjAzTn4jxP_1200

Baş nazir Əli Əsədov 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, Əli Əsədov müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyub.