Renat Dadaşov Polşa klubundan ayrılır

9Lz8zqlVvGA83H3eOrWyZDUgBOS5KQykUbLX3uwa_1200

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşanın “Motor Lublin” klubundan ayrılır.

Olkemedia.az  bu barədə Lublin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, 27 yaşlı futbolçu ilə iyunun 30-da başa çatacaq müqavilənin müddəti uzadılmayacaq.

“Renat, “Motor Lublin”də oynadığınız üçün təşəkkür edirik və gələcək karyeranızda sizə uğurlar arzulayırıq!” – deyə məlumatda vurğulanır.

Qeyd edək ki, 2025-ci ilin iyulunda “Motor” klubuna qoşulan Dadaşov komandanın heyətində 22 oyun keçirib.