Kanadalı hokkeyçinin ölüm səbəbi məlum oldu

39Yv6b7AUb0r1PDDbzNJ4mzZ4nYY2Xun67upMF0U_1200

Stenli kubokunun dördqat qalibi Klod Lemye intihar edib.

Olkemedia.az  bu barədə “TMZ Sports”a istinadən xəbər verir.

Nəşrin məlumatına görə, 60 yaşlı Lemye evə qayıtmadığı üçün ailə üzvləri narahat olmağa başlayıblar. Onların müraciətindən sonra Lemyenin cəsədi gecə saatlarında oğlu tərəfindən ailəyə məxsus mebel mağazasında tapılıb.

NHL-in sabiq oyunçusunun cəsədi mağazanın arxa tərəfindəki anbar sahəsində aşkarlanıb.

Hadisə ilə bağlı araşdırmalar aparılır