Çində mikroavtobus yük maşını ilə toqquşub, 13 nəfər ölüb

86ECdtquD49xGpLlycUaXZoSaLw2hU9dRV40oHHQ_1200

Çində mikroavtobusla yük maşınının toqquşması nəticəsində xeyli insan ölüb.

Olkemedia.az  xəbər verir ki, bu barədə “Sinxua” agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb:

“Çinin mərkəzində yerləşən Xenan əyalətinin sürətli avtomaqistral hissəsində mayın 28-də səhər tezdən normadan artıq insan mindirilmiş sərnişin mikroavtobusunun yük avtomobili ilə toqquşması nəticəsində 13 nəfər həlak olub, 3 nəfər isə yaralanıb”.

Bildirilib ki, qəzaya uğrayan doqquz nəfərlik sərnişin mikroavtobusunda 16 nəfər adam olub. Yol-nəqliyyat hadisəsindən sonra ÇXR-in İctimai Təhlükəsizlik Nazirliyi hadisə yerinə işçi qrupu göndərib.