İslamabadın İran və ABŞ arasında vasitəçiliyi: Tehranda rəsmi görüşlər keçirildi

lmluMT23BEYE1zkqoYnNM0c95I77735iwfbUgteh_1200

İranın xarici işlər naziri Abbas Əraqçı və parlamentin sədri Məhəmməd Baqir Qalibaf Pakistan Silahlı Qüvvələrinin komandanı Asim Munir ilə Tehranda görüşüblər.

Olkemedia.az  xəbər verir ki, bu barədə İranın rəsmiləri sosial şəbəkə hesablarında məlumat veriblər.

Tərəflər arasında baş tutan danışıqların detalları açıqlanmayıb.

Asim Munir Tehran və Vaşinqton arasında vasitəçi qismində İran paytaxtına səfər edib.

İSNA agentliyinin məlumatına görə, Pakistan tərəfinin bu addımı tərəflər arasındakı ziddiyyətləri aradan qaldırmaq məqsədi daşıyır.